05.08.2026 - 15:32
Maqazin 24 baxış

Süni intellekt hollivudda: Nolanın "troya atı" narahatlığı və böyük razılaşmaların sirri

Süni intellektin Hollivudda yaratdığı mübahisələr hələ də davam edir. 2023-cü ildə baş verən aktyor və ssenarist tətillərinin əsas səbəblərindən biri, süni intellektin ssenari yazılması və aktyorların rəqəmsal surətlərinin yaradılması ilə bağlı narahatlıqlar idi.

Minval.info xəbər verir ki, Hollivudun tanınmış simaları bu texnologiyaya qarşı çıxışlarını davam etdirirlər. “Backrooms” filminin rejissoru Keyn Parsons, süni intellektin tamamilə aradan qaldırılmasını istədiyini bildirib. Məşhur rejissor Kristofer Nolan isə texnologiyanı “Troya atı” adlandıraraq, onu müdafiə edənlərin niyyətlərinə şübhə ilə yanaşdığını deyib.

Buna baxmayaraq, süni intellekt film sənayesində geniş tətbiq olunmağa davam edir. Bu texnologiya ssenari yazılması, istehsal planlaması, kadrların yaradılması və montaj kimi mərhələlərdə istifadə olunur.

Mart ayında “Netflix”, Ben Affleckin rəhbərlik etdiyi süni intellekt istehsal şirkəti “InterPositive”i təxminən 600 milyon dollara satın alıb. Şirkət bu il təxminən 300 filmin hazırlanmasında süni intellektdən istifadə etdiyini açıqlayıb.

İyun ayında isə “Google DeepMind” və “A24” studiyası arasında süni intellekt alətlərinin hazırlanması üçün təxminən 75 milyon dollarlıq saziş imzalanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: