Sumqayıtda yol qəzası - 1 ölü, 4 yaralı
Ötən gün Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo apa-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar iki ailənin üzvləridir. Onlar – Heydər Nağıyev (1974), Səfiyyə Nağıyeva (1976), Gülşən Nağıyeva (2006) və Əfruz İbrahimova (1957), Soltanəli İbrahimovdur (1958).
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan biri – 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı