Sumqayıtda qanunsuz fəaliyyət göstərən idman zalı aşkarlanıb - VİDEO
Ölkə ərazisində polis tərəfindən karantin qaydalarına əməl edilməsi ilə bağlı mütəmadi reydlər təşkil olunur.
Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsinin əməkdaşları və mobil işçi qrupunun keçirdiyi növbəti reyd zamanı 45-ci məhəllədə qanunsuz olaraq fəaliyyət göstərən “Lady GYM” qadın idman zalı aşkarlanıb.
Burada məşq edən yeddi qadın və sahibkar Könül Rəcəbova barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə cərimələr tətbiq olunub. Hər biri 3-cü polis bölməsinə dəvət edilib.
Qeyd edək ki, bu cür hərəkətlər böyük təhlükələrə gətirib çıxarır.
Bundan əlavə bir neçə gündür şəhər ərazisində davam edən reydlər zamanı kafe və restoranlarda, eləcə də digər iaşə obyektlərində tibbi maskalardan istifadə etməyən şəxslərlə də proflaktik söhbətlər aparılıb.
Qaydalara əməl etməyənlər barəsində tədbirlər görülüb .
https://youtu.be/lTB_-XwkezI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı