Sumqayıtda partlayış - “Azəriqaz”ın əməkdaşları xəsarət aldı
“Azəriqaz” İstehsalat Birliyi Sumqayıtdakı mənzildə təbii qaz sızması nəticəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, bu gün saat 17:00 radələrində Sumqayıt Qaz İstismarı İdarəsinin xidmət sahəsinə aid olan 1-ci mikrorayon, bina 128/34 ünvanında qaz sızması barədə məlumat daxil olub. Qəza Dispetçer Xidmətinin əməkdaşları – bir nəfər qaynaqçı və bir nəfər mühəndis həmin ünvana baş çəkiblər.
Təhlükəsizlik qaydalarına əməl olunmaqla bina xaricindən qaz təchizatı dayandırılıb. Lakin 5-ci mərtəbədə yığılıb qalan qaz kütləsinin çıxış imkanları məhdud olduğundan kiçik partlayış qeydə alınıb. Partlayışa səbəb isə sakinlər tərəfindən pəncərələrin və dama çıxışda yerləşən pilləkən qəfəsinin olduqca kip şəkildə bağlanılmasıdır. Bu isə havalanmaya ciddi mane yaradıb, yuxarı – sonuncu mərtəbəyə yığılan qaz kütləsi binadan xaricə çıxmayıb. Hadisə zamanı “Azəriqaz” İstehsalat Birliyinin 2 əməkdaşı – qaynaqçı və mühəndis yüngül yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda dəhşət: Məktəbə gedən şagird transformatorda yandı
Kəlbəcərdə hərbçmiz minaya düşdü
Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat edib
Azərbaycanda dəhşətli hadisədə vəfat edən ər-arvadın FOTOSU
Azərbaycanda restoran yandı - Video
Qubada yol qəzasında 5 nəfər öldü - FOTOLAR
Azərbaycanda Yeni il gecəsi villadan külli miqdarda oğurluq edildi