Sumqayıtda məşhur kardioloqla bağlı qalmaqal: Səs yazısı müayinə haqqını ifşa etdi
Sumqayıt Tibb Mərkəzində fəaliyyət göstərən tanınmış uşaq kardioloqu Elnur İmanovun səs yazısı yayımlanıb. Bu audioyazıda, icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsi üçün ödəniş tələb olunduğu iddia edilir.
Minval.info xəbər verir ki, yayılan səs yazısında iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənildiyi bildirilir. Pasiyent isə ödənişi etmək üçün kart nömrəsi alır.
Qanunvericiliyə əsasən, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlər üçün əlavə ödənişlərin alınması qanunsuzdur. Məlumatlara görə, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Təranə Rəcəblinin də bu məsələdən xəbərdar olduğu iddia edilir.
Elnur İmanov isə bu iddiaları qətiyyətlə rədd edərək, bunun qərəzli bir oyun olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!