Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi
Sumqayıt Apellyasiya Məhkəməsində Akif Tağıyevin qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə bağlı apellyasiya şikayətinə baxılıb. Məhkəmə iclası hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib və nəticədə şikayət təmin edilməyib.
Minval.info xəbər verir ki, ittihama əsasən, Akif Tağıyev bacısının keçmiş əri Cəlal Balayevlə əlaqə qurmaq üçün “TikTok” sosial şəbəkəsində qız adı ilə profil açaraq onu aldadıb. Zərərçəkmişi Xırdalanda kirayədə qaldığı mənzilə dəvət edən Akif, daha sonra onunla mübahisə edib.
Mübahisə nəticəsində Akif Tağıyev Cəlalın sol qoluna və bədəninin digər nahiyələrinə dəmir və əl zərbələri endirib. Daha sonra bıçaqla hücum edərək Cəlalın əllərinə xəsarət yetirib. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, zərərçəkmişin yaraları yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Abşeron Rayon Məhkəməsi Akif Tağıyevə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 7 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs cəzası aldı
Polis 103 kiloqramdan çox narkotik vasitə aşkarladı
Vəzifəli şəxsləri şantaj edən baş redaktor məhkəmə qarşısında
Ağstafada parkda qətl hadisəsi baş verib