31.07.2019 - 16:56
Hadisə
15 baxış
Sumqayıt sakini ilan sancmasından ölüb
Sumqayıt sakini ilan sancmasından ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Yaşma bağları” adlanan yaşayış massivində olub. Belə ki, Sumqayıt sakini, 1953-cü il təvəllüdlü Soltanov Adil Mövlud oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində iş görərkən ilan onu sancıb. O, dərhal təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Vəziyyəti ağırlaşan şəhər sakini reanimasiyaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ilan sancan şəxsi xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24