17.04.2023 - 12:48
Gündəm
4 baxış
Sülhməramlıların erməni gənclərə təlim keçməsinin səbəbi... - Şərh - VİDEO
Rusiya sülhməramlılarının əsas vəzifəsi münaqişə bölgəsində təhlükəsizliyi təmin etmək, qərəzsiz və neytral fəaliyyət göstərmək, sülhü təmin etmək olsa da, son vaxtlar bunun tamamilə əksini müşahidə edirik.
Ermənistandan Qarabağa silah daşınmasına yardım etmələri azmış kimi sülhməramlılar ötən gün Qarabağdakı mülki erməni əhaliyə hərbi təlim keçiblər. Ermənistan KİV-ə açıqlama verən erməni yeniyetmələr təlim zamanı düşmənə necə zərbə endirməyi öyrəndiklərini bildiriblər. Beləliklə, sülhməramlılar Qarabağda sülhü təmin etmək əvəzinə separatçı əhval-ruhiyyəli erməniləri Azərbaycana qarşı döyüşə hazırlayırlar.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq İlqar Vəlizadə sülhməramlıların bu davranışlarının onların missiyasına tamamilə zidd olduğunu bildirib:
“Rusiya sülhməramlılarının işi müvəqqəti yerləşdikləri ərazidə erməniləri tərksilah etməkdir. Lakin onlar bunu etməkdənsə, əksinə fəaliyyət göstərirlər. Sülhməramlıların görəcəyi kifayət qədər iş var. Görünür, bu işlərdən yayınmaq üçün müxtəlif bəhanələr tapılır. Burada kiminsə xoşuna gəlmək üçün müxtəlif proyekt və layihələr həyata keçirirlər”.
Onun sözlərinə görə, Azərbaycanın yeni yüksəkliklər əldə etməsi həm Ermənistan, həm də Rusiyanı narahat edir:
“Laçın yolunun Azərbaycan tərəfindən nəzarətə götürülməsi erməni cəmiyyəti və Rusiya sülhməramlılarının imicinə ciddi şəkildə mənfi təsir göstərir. Ona görə də bu imici yaxşılaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycan bütün bu iradları sülhməramlıların missiyası bitənə yaxın açıq şəkildə bildirəcək. Sülhməramlıların gələcək fəaliyyəti ilə bağlı açıq sual qoyacağıq. Bu 2025-ci ildə əsas arqumentlərdən birinə çevriləcək”.
https://www.facebook.com/watch/?v=749766033517811
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramzan Kadırovun “Axmat” klubunun direktoru güllələnib - Video
29.06.2019 - 11:41
Qarabağ separatçıları Bakıya “şərt qoyur”: Minsk Qrupu da masada olmalı...
14.10.2022 - 10:25
Azərbaycan Prezidenti: "Düşməni bundan sonra da qovacağıq"
09.10.2020 - 17:50
“Həmin görüntülərin çəkilməsi və yayılması cinayətdir”
29.03.2021 - 14:30
Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb - FOTO/VİDEO
13.06.2022 - 14:13
Nikolas Maduro müxalifəti dialoqa çağırıb
29.01.2019 - 08:56
Afişa oğrusu və ya “çirkli oyun”un yeni, ən iyrənc səviyyəsi
07.02.2020 - 11:14
Karantin rejiminə əməl etməyib belə əyləndilər - Video
16.06.2020 - 11:11
