Süd məhsullarında etiket yeniliyi: Qiymətlər dəyişəcəkmi?
Süd məhsulları bazarında yeni qaydaların tətbiqi ilə qiymətlərin artıb-artmayacağı sual altındadır. İstehlakçıların ən çox maraqlandığı məhsullardan olan süd məhsulları, mənşə və istehsal tarixi kimi məlumatların olmaması səbəbindən narahatlıq yaradır.
Minval.info xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu narahatlıqları aradan qaldırmaq məqsədilə süd məhsullarının mərhələli şəkildə etiketlənməsinə start verib. İlk olaraq Bakının “Yaşıl bazar”ında həyata keçirilən bu prosesin, yaxın gələcəkdə digər bazarları və regionları da əhatə etməsi planlaşdırılır.
Yeni qaydalara uyğun olaraq, etiketlərdə məhsulun istehsalçısı, mənşəyi və yararlılıq müddəti kimi vacib məlumatlar yer alacaq. İqtisadçı Xalid Kərimli bildirir ki, bu proses sahibkarlar üçün müəyyən əlavə xərclər yaratsa da, qiymətlərin kəskin artmasına səbəb olmayacaq. “Etiketləmə və qablaşdırma xərcləri ilkin mərhələdə sahibkarlar üçün əlavə yük olsa da, bu xərclər ciddi qiymət dəyişikliyinə gətirib çıxarmamalıdır. Bu qərar qida təhlükəsizliyini və keyfiyyətini artırmaqla yanaşı, keyfiyyətsiz məhsul təklif edən və vergidən yayınan subyektlərin aşkarlanmasına da imkan yaradacaq,” deyə Kərimli vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb