Su və meyvə-tərəvəzlə qəbizlikdən qurtulun
Qəbizlik problemini dərmanlardan istifadə etmədən aradan qaldırmaq mümkündür. Həkim Karmen Sançes Aleqriya bu problemin öhdəsindən gəlmək üçün qidalanmada kiçik dəyişikliklər etməyi tövsiyə edir.
Minval.info xəbər verir ki, həkim Aleqriya qəbizliklə qidalanma arasında birbaşa əlaqənin olduğunu bildirir. Gündəlik su qəbulunu artırmaq və daha çox meyvə-tərəvəz yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər. “Bir qədər çox su içsəniz və rasionunuza daha çox meyvə-tərəvəz əlavə etsəniz, problem aradan qalxa bilər”, – deyə o qeyd edir.
Həkim əlavə edir ki, bu, qısamüddətli pəhriz deyil, həyat tərzinin dəyişdirilməsi məsələsidir. Sağlam qidalanma yalnız qəbizlik yarandıqda tətbiq olunan müvəqqəti tədbir deyil, uzunmüddətli vərdişə çevrilməlidir. Bu yanaşma, həmçinin, qəbizlik zamanı dərmanlara olan ehtiyacı azaltmağa kömək edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq