Stressin və depressiyanın möcüzəvi qənimi - Alimlərdən AÇIQLAMA
Massaçusets-Louell universitetinin alimləri aydınlaşdırıblar ki, müntəzəm olaraq omeqa-3 doymamış yağ turşularından istifadə stress səviyyəsini xeyli azaltmağa imkan verir.
Minval.İnfo moderator.az-a istinadən xəbər verir ki, bu barədə universitetin saytında dərc olunmuş tədqiqatda deyilir.
Mütəxəssislərin sözlərinə görə, omeqa-3 uzun müddət güclü sakitləşdirici effektə malikdir və ağır depressiyaların inkişafından qaçmağa imkan verir. Tədqiqatçılar inandırırlar ki, doymamış yağ turşuları uşaqlarda da təcavüzkarlığı azaltmağa kömək edir.
Bundan başqa, tədqiqatlar zamanı omeqa-3 turşusunun başqa mühüm xüsusiyyəti də aşkar olunub. Məlum olub ki, bu turşu beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verir və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək edir. Qeyd edilir ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır.
Xatırladaq ki, İlinois ştatı Universitetinin alimləri iyulda müəyyən ediblər ki, omeqa-3 yağ turşuları xərçəngin əmələ gəlməsinin, inkişafının və şaxələnməsinin qarşısını alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
763 vəzifəli şəxs bu səbəbdən cərimələndi
Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır - FOTOLAR
Gecə Bakı-Sumqayıt yolunda çəkilən qəribə görüntü - VİDEO
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
İcra başçısı yeni müavin təyin etdi
Bakıda bacısının başını kəsməkdə günahlandırılan qız azadlığa buraxılıb
Azərbaycanda yeni sürüşmə sahələri yaranıb - Siyahı