"Standard İnsurance” sığorta haqqını ödəmək istəmir (FOTOLAR)
2017-ci ilin fevralın 27-də Nəsimi rayonu C.Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində “Hundai” markalı 10-AA-825 dövlət nömrə nişanlı avtomobil BMV markalı 99-DO-782 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə yerinə DYP nümayəndələri gəlib və məlum olub ki, qəzada zərər vuran tərəf – “Hundai” markalı avtomobilin sürücüsü Cəfərov Natiq Kamal oğludur. Avtomobilin icbari sığortası isə “Standard İnsurance” şirkətinə məxsusdur.
Hadisə yerinə gələn “Standard İnsurance” şirkətinin nümayəndələri 01.03.2017-ci il tarixində BDYP-yə 41317 saylı sorğu göndərib və 03.03.2017-ci il tarixində aiddiyyatı qurum sığorta şirkətinə rəsmi cavab verib.
Hüquq müdafiəçisi İlkin İbrahimov bu haqda EkoNews-a danışıb. O bildirib ki, “Standard İnsurance” sığorta haqqını ödəməkdən boyun qaçırır: “BDYP “Standard İnsurance” şirkətinin sorğusuna rəsmi olaraq cavab verib və orada hadisənin təffərrüatlarını tam qeyd edib. Biz Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət etmişik və onlar da sığortanın ödənilməli olduğunu bildiriblər. Lakin sığorta şirkəti artıq ilyarımdır ki, vətandaşı gecikdirir”.
İlkin İbrahimov bildirib ki, sığorta şirkətinin sədri apelyasiya şikayəti versə də, məhkəməyə gəlməyib və beləcə məsələnin uzadılmasına çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zabitlərə müjdə: Hərbi rütbə müddəti azalır
Tələbələrə xüsusi endirim: Bakıkartda 10% bonus!
Bəhlul Mustafazadə əməliyyatdan sonra nə vaxt qayıdacaq?
Dolların məzənnəsi 2027-də dəyişməz qalacaq!
Azərbaycan müdafiə xərcləri 2027-də artırılır
Bakıda kirayə qiymətləri daha da bahalaşacaq
Bloqerlər Qarabağın turizm potensialını artırır




