"Söyülmək dəbdir" - Ramal tənqid etdi
Müğənni Ramal İsrafilov “X maqazin”in qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi özü ilə bağlı maraqlı açıqlama edib. O bildirib ki, vizajistlik qabiliyyəti var:
“Hətta bir dəfə Brilliant Dadaşovaya da saç-makiyaj etmişəm. Moskvada toyda idik, səhnəyə çıxmalıydı. Saç ustası da gəlməmişdi. Dedim, gəlin mən edəcəm. Etdim və bəyəndi də”.
Ramal son günlər efirlərdə qonaq olan “bayağı” müğənniləri və səsləndirilən toy mahnılarını tənqid edib:
“Hərdən səslənən mahnıları eşidir, deyirəm, bəlkə mən də qayıdım o tərzə? Amma yox… Oxuduğum mahnıların altındakı şərhləri oxuyuram, görürəm ki, sevilirəm. Sənət dostlarıma demək istəyirəm ki, nə qədər sevildiklərini bilmək istəyirlərsə, girib yazılan şərhləri oxusunlar. Eşitmisəm ki, deyirlər, söyülürsən. Söyülmək dəbdir. Fikirləşirlər ki, söyülürsənsə, dəbdəsən. Bir, ikinci gün təhqir edirlər, sonra mahnını elə gözəl qarşılayırlar. Başlayır toyları gəlməyə.
Toyda hər şey oxumaq olar. Amma efirə çıxarmaq olmaz. Bəzi aparıcılar deyir ki, sən gəlmirsən, gör indi kimi çıxaracam verilişə. Mən də açıram kanalları, görürəm, bayağılar efirdədi. Bayağı musiqiçi efirə çıxacaq, tənqid ediləcək, bir həftə sonra seviləcək. Gəlib, Xalq artisti səviyyəsinə çatacaq. “Kitayski” oxumaq olmaz. Bir xanım qız var, partladır. Vaxtında, hamı deyirdi əyri geyinir. Ətrafına yığdı komanda və indi olub məşhur”.
Ramal prodüser Tarix Əliyevin (Tolik) onun haqda dediyi “Qardaşının çılpaq qızları çəkib yaydığı videoya görə, ramalı toydan uzaqlaşdırdılar” sözlərinə münasibət bildirib:
“Məndən nə istəyirsən? Xətrini çox istəyirəm. Amma lazımdır ki, ad çəksin? Gündəmə mənlə gəlmək istəyir? Bütün günü gündəmdədir. Camaat onu sevir. Hərdən açıq, hərdən əyri danışır. Özüm olmasam da efirdə, tələbatlıyam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıya gələndə hamilə imiş... - Foto
"Murad Dadaşova yaraşdırmadım" — Xanım təşkilatçıdan TƏNQİD
Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi - VİDEO
Türk futbolçu özündən böyük aktrisa ilə evlənir
Nadir efirdə başı üstə dayandı, tənqid olundu - Foto
Xatirə İslamın yalanı üzə çıxdı - 7 min manat... (FOTO)
Tolik bu dəfə sosial verilişə aparıcılıq edəcək