“Sovetski”nin qalan hissəsi nə vaxt söküləcək?
Yasamal rayonunun “Sovetski” adlanan bölgəsində ərazinin qalan hissəsinin nə zaman söküləcəyi məlum deyil.
Minval.info xəbər verir ki, Bunu Yasamal rayonunun memarı Eyvaz Bağırov deyib.
Onun sözlərinə görə, hazırda “Sovetski”də söküntü işləri davam etdirilir:
“Nazirlər Kabineti tərəfindən ərazininin ikinci hissəsinin sökülməsi üçün qərar verilməlidir. Daha sonra ev və obyektlərin söküntü işləri ilə bağlı vəsait ayrılacaq. Yəqin ki, hazırkı işlər yekunlaşdıqdan sonra digər ərazilər söküləcək. Hazırda konkret ərazi var və vəsait ayrılıb. İşlər 2018-ci ildə başa çatmalıdır”.
Eyvaz Bağırov qeyd edib ki, “Sovetski”nin ikinci hissəsinin sökülməsi üçün növbəti qərarın nə vaxt veriləcəyi bilinmir:
“Bu barədə qərar 2018-ci ilin axırı, ya 2019-da ola bilər”. (oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər