Şou-biznesin “Porsche”li gözəlləri - FOTOLAR
Sənət aləminin tanınmış simaları evləri, avtomobilləri ilə tez-tez gündəmə gəlirlər. Onların bir çoxları isə hər zaman bahalı maşına üstünlük verirlər. Son günlər isə bir çox tanınmış xanımın “Porsche” aldığının xəbərlərini eşitdik.
Minval.İnfo Axşam.az-a istinadən şou-biznesin “Porsche” sürən simalarını təqdim edir:
Aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl aldığı “Porsche”sində çəkdirdiyi fotosunu sosial media hesabında paylaşmışdı. uzun müddət maşınsız gəzən aparıcı özünə nəhayət son model avtomobil alıb. Vüsalə bildirib ki, avtomobili kredit deyil. Pulunu isə 3-4 dəfəyə ödəyərək bitirib.

Keçmiş aparıcı Aydan Axundovanın da “Porsche”si var. Amma Aydanın maşını köhnə modeldir.
ƏLAQƏLİ
Biləcəridə metroya yaxın mənzillər: Rahatlıq və əlverişlilik bir arada

Müğənni Aysel Əlizadə də hər zaman “Porsche”si ilə gündəmə gəlib. İfaçı bu avtomobilin qarasına üstünlük verir. Əvvəl köhnə modelini sürsə də, bu yaxınlarda dəyişib. Aysel də özünə yeni model “Porsche” alıb.

ƏLAQƏLİ
Ceki çanın Bakıda fanatları ilə unudulmaz görüşü: Sosial mediada böyük əks-səda
Xalq artisti Nəzakət Teymurova da 100 minlik “Porsche Cayenne”i ilə fotokameralara tuş gəlib.

Aktrisa Pərvin Abıyeva isə artıq xeyli vaxtdır ki, “Porsche” markalı maşın sürür. Hətta buna görə aktrisa dəfələrlə qınaq hədəfində olub. Hər kəs Pərvinə “Aktrisalıqla 100 minlik maşını necə alıb” kimi sözlər deyir. Bu yaxınlarda isə Abıyeva maşınını satışa çıxarmışdı.
ƏLAQƏLİ
Azərbaycanda sosial şəbəkələr üçün yaş həddi: Uşaqların təhlükəsizliyini necə təmin edək?

Gülay Zeynallı da “Porsche” markalı avtomobil sürən sənətçilərdəndir. Hər zaman bahalı avtomobilləri sevdiyini deyən Gülay “İnfiniti”sini bu markaya dəyişib.

ƏLAQƏLİ
Xalq artistinin hovuz fotosu sosial medianı qarışdırdı: Tənqidlərdən sonra geri addım attı
Bir müddət əvvəl “Dodge Durango”su olan müğənni Günay İbrahimli indi özünə “Porsche” alıb. Özü də Günay bu markanın son modelini seçib.

Müğənni Xatirə İslamın əvvəl “Porsche”si var idi. Daha sonra isə Xatirə maşınını dəyişib. Hazırda isə o, “Gelandewagen” markalı avtomobildən istifadə edir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Apple və openai arasında qalmaqal: Məxfi məlumatlar necə yayıldı?
Biləcəridə metroya yaxın mənzillər: Rahatlıq və əlverişlilik bir arada
Səs yazısı qalmaqalı: Məşhur kardioloq təxribat iddiaları ilə üz-üzə
