"Şou-biznesdə İnstaqramda izləyicisi az olana "salam" vermirlər" - Elvin
“Sosial şəbəkədə aktiv olmaq indi müğənniyə məclislər, pullu paylaşımlar qazandırır. İndi o adama “salam” verirlər ki, onun izləyicisi 200-500 mindir. Bəyənisi, izləyicisi aşağı olana “salam” verilmir”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi İnstaqramın bu gün sənət adamlarının həyatındakı rolundan danışıb:
“Bizim aləmdə bu gün reallıq budur. Özüdə ki, həmin izləyicilərin 70 faizi gerçək, 30 faizi isə saxtadır. əksəriyyəti süni yolla izləyici artırır. Mən də pulla izləyici artırmağı düşünmüşəm, hətta etmişəm də. Amma gördüm ki, yaxşı deyil, yenidən təkrarlamadım. Bunu tez-tez edənlər isə and içirlər ki, real izləyicilərimdir. Bunu etiraf etmək nə böyük işdir ki?
İnstaqramın pis tərəfini düşündüyümüz qədər, yaxşısını da düşünək. Əvvəl hər şeyi restoran işçiləri edirdi, pul qazanırdı. Müğənni ona istədiyi faizi verməyəndə işi bururdular. İndi biz İnmstaqrama nömrə qoyuruq və istəyən bizi oradan tapıb məclisinə dəvət edir”.
Elvin şəxsi həyatı ilə bağlı paylaşımların daha çox bəyəni topladığını söyləyib:
“Çalışıram şəxsi həyatımdan gec-gec paylaşım edim. Amma yaradıcılıq yayanda az, şəxsi həyatdan olanda isə nə qədər bəyəni gəlir, hətta izləyici sayı artır. Bu da normalır, çünki sənətçinin şəxsi həyatı tamaşaçıya maraqlıdır”.
İfaçı sənət dostlarını İnstaqramda izləmədiyini bildirib:
“Onlar da məni izləmir. İnstaqramı normal qaydada istifadə edirəm. Fəal da oluram, hərdən uzun müddət paylaşım etmirəm. İndi İnstaqramın həyatımızda rolu böyükdür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi