“Sosiskanı oğlumuza yedizdirirdik, özümüz ac qalırdıq” - Brilliant
“Bizim mədəniyyətimiz ailə təməlləri üzərində qurulub. Ayrılmalar çoxalıb, bu, dünyanın bəlasıdır. İnsanlar öz yarlarını düzgün seçmirlər, tələsirlər. Əgər xasiyyətləri tutmursa, ayrılsalar yaxşıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “5-də 5” proqramında qonaq olarkən deyib.
Sənətçi ailəsindən söhbət açaraq, həyat yoldaşı Ədalət Hacıyevlə çətin günlər yaşadığını qeyd edib: “Ədalət müəllimlə bir-birimizə çox bənzəyirik.1985-ci ildə tanış olmuşuq, o vaxtdan bu yana əl-ələ davam etmişik. Pulsuz anlarımız olub.
O vaxtlar paketin içində preslənmiş beş ədəd sosiska satırdılar. Onu ancaq uşağımıza verirdik, ozümüz yemirdik. Çünki ev almışdıq, onu ödəməyə çalışırdıq. Çətinlik hər bir ailədə olub. Gənc ailə idik, hərc-mərclik zamanında yaşayırdıq. Yoldaşım Rus Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. O dövrdə heç fikir vermirdi”.
Xalq artisti daha sonra “bu sənətdən uzaqlaşmaq istəmisiniz?” sualına belə rəy verib: “İndiki vaxtda ağzına gələni danışan, şər-böhtan var. Hər interneti olanın əlində televiziyası var. Orada da senzura yox. Tərbiyəni insan evdə almalıdır. Əgər yoxdursa, biz o tərbiyəni verə bilmərik. Bəzən bunları görüb düşünürəm ki, bəlkə daha oxumayım.
Amma bunun müqabilində musiqini sevən tamaşaçı var. Onlar üçün yaşamağa dəyər. Fikirləşirəm ki, həyatımızın mənası oldu. Nəsə edə bildik bu həyatda”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır