“Sona ilə düşmənliyim yoxdur” - Malena

Ermənistanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində qalib edən Malena Azərbaycan təmsilçisi Sona Əzizova ilə qucaqlaşmağından danışıb.
Minval.info xəbər verir ki, o, bu barədə Ermənistan KİV- nə açıqlamasında bildirib.
Malena Sona ilə düşmən olmadığını bildirib:
“Müsabiqə dövründə və ondan əvvəl heç danışmamışıq, əlaqəmiz də olmayıb. Lakin qalib olanda məni təbrik etdi, qucaqlaşdıq. Mənim kimi bir qızdır, ona qarşı düşmənliyim yoxdur”.
Qeyd edək ki, Ermənistan müsabiqədə 224 balla birinci, Azərbaycan isə beşinci olub.
Sona yarışma vaxtı səhnə arxasında Malena ilə bir araya gələrək onunla qucaqlaşmış, təbriklərini çatdırmışdı. İki xanımın bu addımı həm Ermənistan, həm də Azərbaycanda müzakirələrə səbəb olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır