Son iki həftədə Bavariyadan 300 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
Son iki həftə ərzində Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.
Gecə saatlarında Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları deportasiya üçün onları Münhen hava limanına aparıblar.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Deportasiya olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdirlər.
Onların arasında könüllü sığınacaq istəyini geri götürüb Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.
Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da yaxın günlərdə Avropada qanunsuz yaşayan daha 1385 nəfərin readmissiya ilə Azərbaycana qaytarılacağının anonsunu vermişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda