Bakıda sevgilisini öldürən şəxs intihara cəhd edib - Polislər danışıqlar aparıb
Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.
“Minval.info” xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, cinayət iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Adı hələlik açıqlanmayan qatil 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.
K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.
Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.
Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Hazırda polis əməkdaşları onu fikrindən yayındırmağa çalışırlar.
İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda toyda yığılan pullar OĞURLANDI
Bakıda qardaş qardaşı bıçaqladı
Bir gündə daha 13 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Həyətdə toy edən kəndlilər CƏRİMƏLƏNDİ
Azərbaycanda şok hadisə - selfi etmək istəyən gənc öldü
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO