SON DƏQİQƏ! Bakıda iki nəfər Koronavirusa görə xəstəxanaya yerləşdirildi
Kliniki Tibbi Mərkəzdən Səhiyyə verilən məlumata görə, fevralın 19-u üçün yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.
“Minval.info” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya daha sonra isə Bakıya gəliblər.
Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün, Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.
Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur.
Həkim müşahidələri davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq