14.12.2021 - 15:02
Dünya
37 baxış
Somalidə son 40 ilin ən böyük quraqlığı baş verib
Somali ərazisinin 90 faizini ağuşuna alan quraqlıq son 40 ilin ən böyük qıtlıq yaradıb.
Minval.info xarici KİV-ə istinadən xəbər veri ki, iqlim dəyişikliyi ilə əlaqələndirilən quraqlıq son üç il ərzində bölgədə yağıntı düşməməsi nəticəsində ortaya çıxıb.
“Oxfam” beynəlxalq təşkilatının Somali nümayəndəliyinin rəhbəri Əmcad Əli təbii fəlakət üzündən milyonlarla sakinin ac qaldığını bildirib.
Quraqlıq fəlakəti, daxili hərbi münaqişə, habelə çəyirtkə hücumları nəticəsində Somali əhalisinin yarısına yaxını, yəni 7,7 milyon insanın yaxın vaxtlarda təcili humanitar yardıma ehtiyacı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq nefti yeni marşrutla Suriyaya daşınır
16.09.2026 - 22:46
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
16.09.2026 - 22:39
ABŞ Səudiyyəyə hərbi dəstəyi dayandırdı
16.09.2026 - 22:04
Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
16.09.2026 - 21:57
ABŞ-ın İranla müharibəsi 42 milyarda çatdı
16.09.2026 - 21:50
Rusiyanın "Vampir" qumbaraatanı ilk dəfə Afrikada!
16.09.2026 - 21:22
Finlandiyadan Ukraynaya 290 milyon avroluq hərbi yardım
16.09.2026 - 21:01
Azərkimya məhsulları Avropa və Çinə ixrac olunur
16.09.2026 - 20:40