Şok: Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı - VIDEO
Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub.
İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov apardığı jurnalist araşdırmasından sonra bu cür sensasion bəyanatla çıxış edib.
Abbasov özünün Rusiya hüquq-mühafizə orqanlarına ünvanlanan video-müraciətində münaqişənin ilk günündə çeçenlərin hansısa azərbaycanlını axtardığını bildirib:
“Onlar Votsapda və digər sosial şəbəkələrdə bir-birilərinə həmin azərbaycanlının fotosunu göndəriblər. Çeçenlərin fikrincə, məhz həmin şəxs günahkar olub və onu cəzalandırmaq lazımdır. Bununla belə, azərbaycanlının adı qeyd olunmayıb”.
Daha sonra isə jurnalist çeçenlərin axtardığı həmin “azərbaycanlı”nın pasportunun şəklini göstərir.
Məlum olur ki, bütün baş verənlərin günahkarı, çeçenlərin axtardığı şəxs özünü azərbaycanlı kimi qələmə verən Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyandır.
Qeyd edək ki, Abbasov videonun 06:44-cü dəqiqəsindən etibarən informasiyanı Azərbaycan dilində təqdim edir.
///axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda "Priora" yaşlı qadını belə vurdu - Qadın qəsdən vurulub? - VİDEO
Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib
İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama
Ramin Bayramlı: "Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək"
“BakuBus”ın sürücüsü qadını təhqir etdi - VİDEO
Əbülfəs Qarayevin Azərbaycandan çıxışına “stop” qoyuldu
“Menecerim məni taciz etdi” – Seva polisə müraciət etdi