“Söhbət dikbaşlılıqdan gedirsə...” - Rəsul Əfəndiyev
Müğənni Rəsul Əfəndiyev “Səhər mərkəzi” verlişinin qonağı olub.
Minval.info xəbər verir ki, canlı ifalar və maraqlı repertuar ilə yadda qalan verlişdə müğənni, Afaq Gəncəli və Tural Əsədovun ona ünvanladığı sualları cavablandırıb. “Deyirlər, Rəsul özündən razıdır” sualına o, “Baxır nədə. Əgər söhbət dikbaşlılıq və ya kimisə bəyənməməkdən gedirsə, bu yalandır. Mən özümdən əminəm. Bəzən bunu özündən razılıq kimi anlayırlar, amma yanılırlar” cavabını verib.
Qalmaqallarda heç zaman adı hallanmayan ifaçı, bununla bağlı suala isə “Heç zaman qalmaqallı olmamışam, bundan sonra da olmayacağam. Özümdən yaşca kiçik sənət dostlarıma sadəcə məsləhət verə bilərəm ki, əgər musiqiçiyiksə, gəlin öz işimizlə məşğul olaq” sözlərini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır