Siyəzəndə dəhşətli qəza:

Avqustun 25-də Siyəzən rayonu ərazisində Qara Siyəzən kəndində minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Minval.İnfo AzərTAc-a istinadən xəbər verir ki, “VAZ-2107” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla, 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb.
Yaralı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Minval.İnfo FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir