Əsir tutulmuş jurnalistin başına gələn dəhşətlər: "Məni 15 ayda dəfələrlə zorladılar" - FOTOLAR
26 yaşlı jurnalist Amanda Lindout bu yaxınlarda qonağ olduğu verlişlərin birində terrorçularr tərəfindən tutularkən başına gələn dəhşətli hadisələrdən danışıb.
Minval.İnfo xəbər verir ki, müstəqil jurnalist olan Amanda düz 15 ay əsirlikdə olub.
Qadın fotoqraf sevgilisi Nigel Brennan ilə 2016-cı ildə Somaliyə müharibə qaçqınlarından müsahibə almaq məqsədilə yollanıb. Avqustun 23-ü cütlük maşınla yolda gedərkən terrorçuların hücumuna məruz qalıb. Əsirlik müddətlərində cütlük dəfələrlə fərqli yerlərə aparılıb.

Amandanın sözlərinə görə, bir səhər onlar qızı ağacın yanına aparıb və onun boğazına bıçaq tutaraq anasına pul göndərməsini deməyi əmr ediblər. Bundan 5 ay sonra cütlük qaçmağa cəhd edib. Onlar yaxınlıqdakı şəhərin məscidinə gedərək gizlənməyə çalışıb. Lakin terrorçular onları tapıb. Amandanın sözlərinə görə bir hicablı qız ona ingiliscə bacı deyərək, terrorçuların qarşısına keçib və onların azad buraxılması üçün yalvarıb. Ancaq terrorçular jurnalistləri sürükləyərək aparıb. Amanda sürüklənərkən məsciddən atəş səsinin gəldiyini deyib. O ehtimal edir ki, həmin hicablı qız canilər tərəfindən öldürülüb.
Jurnalist qaranlıq bir otağa aparılıb və cəza olaraq zorlanılıb. Amanda deyir ki, günlərlə terrorçular qaranlıq otaqda onu saxlayıb və ona təcavüz ediblər.
Nəhayət əsirliyə düşdükdən 460 gün sonra cütlük azad olunub.

Amanda o anı belə xatırlayır:
“Onlar səhər tezdən bizi oyadıb maşına apardılar. Sonra şəhərdən uzaq bir yerdə bizi maşından endirdilər. Mən sonumuzun gəldiyini düşünürdüm, lakin aralarından biri mənə telefon verdi. Telefonu qulağıma qoyduqda anamın səsini eşitdim. Anam bizə artıq azad olduğumuzu deyirdi”.
İyunun 18-i onları qaçıran terrorçuların başçısı Ali Omar Ader ələ keçirilib və Kanadada həbs edilib.
Qeyd edək ki, Amanda başına gəlmiş bu hadisələrdən bəhs edən kitabın müəllifidir.
Tamerlan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
