Əsir hərbçilərimizdən xəbər var - SON DƏQİQƏ
Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçilərlə görüşüb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Azərbaycanlı hərbçilərdən birinə qolubağlı vəziyyətdə işgəncə verilməsi barədə kadrları sosial şəbəkələrdə yayan ermənilər indi də gülünc fikirlər yayıblar. İddia olunub ki, ombudsmanla görüşdə azərbaycanlı əsgərlər işgəncələrdən şikayət etməyiblər. Ombudsman onların saxlanma şəraiti, hüquqlarına riayət olunması ilə tanış olub.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“İşgəncə və pis rəftar hüquqlarının müdafiəçisi ilə söhbətində həbs olunanların heç biri dövlət qurumları və məmurlar tərəfindən psixoloji təzyiqlər də daxil olmaqla, şikayətçi olmayıb. Onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. Zəruri hallarda onlara tibbi yardım göstərilir, onlarla pulsuz ictimai müdafiəçi və tərcüməçi işləyir” – məlumatda bildirilir.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda