Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - FOTOLAR
Torpaqlarımızın azad olunması uğrunda 44 gün davam edən Vətən Müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olanlardan biri də 20 yaşlı Rüstəmov Zamin Səxavət oğludur.
Axşam.az xəbər verir ki, Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzulidə dünyaya gəlib.
Kiçik yaşlarından musiqi ilə məşğul olub. Gözəl səsi var imiş. Lakin vətən sevgisi onu hərbi xidmətə yazılmağa vadar edib.
Sərhəd Qoşunlarında xidmət edən Zamin yaşının az olmasına baxmayaraq qısa zaman ərzində kiçik gizir rütbəsinə yüksəlib.
Müharibə başlayanda könüllü olaraq Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinə qoşularaq ön cəbhəyə yollanıb. Oktyabrın 23-də Zəngilan rayonunun Ağbənd qəsəbəsində şəhid olub. Düşmən mühasirəsinə alınan hərbçimiz əsir düşməmək üçün son gülləsi ilə özünə vuraraq şəhidlik zirvəsinə ucalıb.

Ailəsi ilə sonuncu dəfə oktyabrın 21-də əlaqə saxlaya bilib. Bacısı ilə danışan Zamin irəli gedəcəklərini deyib və özlərindən muğayat olmağı tapşırıb. Həmin gündən sonra uzun müddət onunla əlaqə saxlamaq mümkün olmayıb. Dekabrın 3-də isə şəhid xəbəri gəlib. Ayın 4-də doğulduğu Füzuli rayonunun Araz Yağlıvənd kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Zamin Rüstəmov “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəbhədə noyabrın 9-na olan son vəziyyət
Bakıda karantin rejimini pozan şəxslərə qarşı tədbirlər davam etdirilir
"Azərsu" tariflərin artırılmasını şərh edib
Qətlə yetirilən şəxsin qardaşı: "Rəşaddan şikayətçi deyilik"
Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi
Qadın narkotacir uşaq yeməyinin içində narkotik keçirdi