20.05.2022 - 11:41
Vacib 4 baxış

Əsir düşən Yuliyanın Mariupoldan çəkdikləri: Döyüşlər, yaralılar, əsirlər və...

Mariupolda ruslar tərəfindən ələ keçirilən tibb bacısı “Tira”nın çəkdiyi şok görüntülər yayılıb.

“Minval.info” Teleqraf.com-a istinadən xəbər verir ki, “Tira” kimi tanınan Yuliya Paevskaya Mariupolda müharibənin ilk dövrünü lentə alıb.

Görüntüləri beynəlxalq mətbuat yayıb. Qeyd olunur ki, Yuliya kadrları jurnalistlərə ötürdükdən sonra Mariupolda ruslar tərəfindən əsir götürülüb.

“Sizə verilən diskdə bu günə qədər olanlar, yaralılar haqqında məlumatlar var”, – videonun müəllifi onu köçürməzdən əvvəl deyib.

Videoda yaralıların xilas edilməsi anlarını və Mariupolun düşmən tərəfindən atəşə tutulmasının nəticələrini görə bilərsiniz. Rus əsgərlərinin əsir götürülməsinin görüntüləri də var.

Yuliya təxminən martın ayının ortalarında ələ keçirilib. Ruslar onu “Azov iştirakçısı” adlandırır.

https://www.youtube.com/watch?v=K9AW1_YyAhQ

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: