Şimali Koreyada gizli inqilabi təşkilat tapdılar
Minval.info // Şimali Koreyada hökumət hər şeyə nəzarət edə bilmirmiş. Dünyanın ən qapalı ölkəsində gizli inqilabi təşkilat fəaliyyət göstərirmiş.
Bizimyol.info xəbər verir ki, “Cheollima Civil Defense” Şimali Koreya hökumətinə qarşı mübarizə aparır. Təşkilatın başqa adı “Free Joseon”dur. Məqsəd hakimiyyəti dəyişməkdir. Martda təşkilat şimalikoreyalılara müraciət yaymışdı. Müraciətdə həm ölkənin daxilində, həm də xaricində hökumətə qarşı mübarizəyə çağırış vardı.
“Cheollima Civil Defense” müvəqqəti hökumət də formalaşdırıb. Hakimiyyəti devirən kimi ölkəni rahat idarə etmək üçün belə addım atılıb.
Təşkilat fevralın 22-də Şimali Koreyanın Madriddəki səfirliyinə hücum etmişdi. Səfirlik əməkdaşlarının əllərini bağlayıb, bütün texnikanı özləri ilə aparmışdılar. İspaniya mətbuatı hücumun arxasında CİA-nın dayandığını yazır. ABŞ-da isə Donald Tramp-Kim Çen In danışıqlarından əvvəl bu addımın dünya nəhənginə əlverişli olmadığını deyirlər. Hücum zamanı təşkilat üzvləri səfirlik əməkdaşlarının telefonlarında, kompüterlərində xeyli vacib informasiya ələ keçirmişdilər.
“Cheollima Civil Defense” 2017-ci ildən fəaliyyət göstərir. Təşkilat Kim Çen Inın ögey qardaşının oğlu Kim Çen Namı ölkədən çıxarmağı bacarmışdı. Bu işdə ABŞ-ın, Niderlandın və Çinin köməyi olduğu deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Venesueladakı diplomatlarını geri çağırdı
Braziliyada koronavirusdan 1 gündə 1223 nəfər öldü
Dünya koronavirusdan sonra bu cür olacaq – fikir adamlarının proqnozları
15 yaşlı məktəbli qız atasını vəhşicəsinə qətlə yetirdi
Gürcüstan ilk qadın prezidentini seçdi
Ermənistanda bir gündə 29 nəfər COVID-19-dan ölüb
