24.08.2018 - 23:49
Maqazin
45 baxış
Sibel Can və oğlu avtomobil qəzasına düşdü

Müğənni Sibel Can və oğlu Emir Aksüt avtomobil qəzasına düşüb.
Hadisə 16:10 radələrində Beşiktaş istiqamətində baş verib.
Hadisəyə səbəb mikroavtobus olub. Belə ki, sürətlə gələn mikroavtobus qırmızı işıqda dayanan 5 maşına çırpılıb.
İnsident nəticəsində biri uşaq olmaqla, 3 yaralı var. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Sibel Can və oğlu isə təhlükəsizlik kəmərindən istifadə etdikləri üçün xəsarət almayıblar.
“Qırmızı işıqda dayanmışdıq. Arxadan gələn mikroavtobus digər avtomobillərlə yanaşı bizə də çırpıldı. Şükür ki, təhlükəsizlik kəmərimizi taxmışdıq. Çox qorxduq”, – deyə ifaçı bildirib.
Hadisə yerinə gələn polis işçiləri araşdırma aparırlar. (Axşam.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
27.10.2026 - 12:14
Məşhur aktyora ağır itki üz verdi
24.10.2026 - 14:54
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
20.10.2026 - 10:14
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
25.09.2026 - 12:37
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03