"ShamkirChess 2019": Şəhriyar Məmmədyarov uduzub, Teymur Rəcəbov heç-heçə edib

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş“ShamkirChess 2019” superturnirində VI turun görüşləri keçirilib.
“Report” xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar.
Məmmədyarov bolqarıstanlı Veselin Topolova uduzub. Bu, 34 yaşlı qrossmeysterin turnirdə ikinci məğlubiyyəti olub. Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalı yarı bölüb. Bu, 32 yaşlı şahmatçının ardıcıl 6-cı heç-heçəsi olub.
“ShamkirChess 2019”
VI tur
6 aprel
Dinq Liren (Çin) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5
Sergey Karyakin (Rusiya) – Vişvanatan Anand (Hindistan) – 1:0
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Alekandr Qrişuk (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5
Aniş Giri (Hollandiya) – David Navara (Çexiya) – 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1:0
Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 – 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşürlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı