“Shamkir Chess 2019” superturniri başa çatdı

Aprelin 9-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin sonuncu turunun oyunları keçirilib.
Trend-in məlumatına görə, doqquzuncu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb.
Digər qrossmeysterimiz Teymur Rəcəbov və çexiyalı David Navara da qalibi müəyyənləşdirə bilməyib.
Bundan başqa, sonuncu turda dünya çempionu, turnirin qalibi adını təmin etmiş Maqnus Karlsen rusiyalı Aleksandr Qrişuku məğlub edib. Hindistanlı Vişvanatan Anand bolqarıstanlı Veselin Topalovla, çinli Dinq Liren isə niderlandlı Aniş Giri ilə heç-heçə oynayıb.
Beləliklə, doqquz turdan sonra Maqnus Karlsen 7, Dinq Liren və Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov 4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş Giri isə 3 xal toplayıblar.
Qeyd edək ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirdə birinci yeri tutub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əfsanəvi futbolçu İlham Əliyevlə "selfie" çəkdirdi - FOTOLAR
"Dua, qeyrət, ümid – meydanda bir ssenari idi" - Şenol Günəş
Xorvatiyada 23 yaşlı futbolçu vəfat edib
Qurban Qurbanov: "Çox ciddi rəqiblə qarşılaşacağıq"
Qurban Qurbanov karantinin bitməsini gözləyir
Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynayıb – Video