Sezen Aksu onu linç edənlərə cavab verdi
“Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanı “cahil” adlandırması səbəbindən tənqid atəşinə tutulan müğənni Sezen Aksu açıqlama verib.
“Minval.info” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni onu dəstəkləyənlərə təşəkkür edib.
“Əvvəla, fərdi və ya korporativ, o cümlədən televiziyada açıq seanslarda problemi anlamağa çalışan, dəstək mesajları verən, zəng edib soruşan bütün tanıdığım, tanımadığım dostlarıma təşəkkür edirəm. Bildiyiniz kimi, mövzu mən deyiləm, mövzu ölkədir. Bilirsiniz, özümü tanımağa başlayandan müxtəlif insanlıq hallarını müşahidə edib, bunları sözə çevirirəm”, – S.Aksu bildirib.
Tanınmış müğənni ardınca 2010-cu il və 21 yanvar 2022-ci ildə yazdığı mahnıları paylaşaraq qeyd edib: “Nəticə olaraq 47 ildir yazıram. Yazmağa da davam edəcəyəm”.
Xatırladaq ki, “Şahane bir şey yaşamaq” adlı bəstəsinin sözlərinə görə S.Aksuya qarşı “linç etmə” kampaniyası başladılıb. Belə ki, mahnıdakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə sosial şəbəkələrdə Aksu tənqid hədəfinə çevrilib. Dini dəyərləri təhqir etməsi iddiası ilə müğənni təhdid olunur. Bu təhdid və tənqidlərə dindarlarla, vətəndaşlarla yanaşı, siyasətçilər də qoşulub. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə sərt reaksiya verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır