24.05.2022 - 16:11
Ölkə 3 baxış

Şeyx 15 ildir qazpulu ödəməyib?

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 ildir qaz pulu ödəmirmiş”.

Bunu tanınmış jurnalist Əvəz Zeynallı Xural TV-nin “Siyasət meydanı” verilişində deyib. O bildirib ki, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.

“Verilən məlumatlara görə, “Azəriqaz” əməkdaşları Şeyxin evinə girə biliblər və orada qeyri-qanuni qaz xətləri aşkarla çıxıb. Təbii ki, onlar ləğv olunub.

Bilmirəm buna görə cərimə yazılıb, ya yox. Amma aldığım məlumata görə, bu qeyri-qanuni xətlər 15 ildir var və Şeyx bu illər ərzində qazpulu ödəmirmiş. Mən maraqlandım və öyrəndim ki, villasında aylıq qaz sərfiyyatı 3-5 min manat aralığında olub”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, onda belə bir məlumat yoxdur: “Bizimçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: