Seyran məşhur jurnalda
Oktyabrın 15-də Essen şəhərində yerləşən “Katakomben” Teatrında azərbaycanlı müğənni Seyran İsmayılxanov Almaniyanın tanınmış musiqiçi və skripaçı Anna Goldla birlikdə “EthnoMystic” adlı layihəsinin ilk konsert proqramıyla çıxış edəcək.
Minval.info xəbər verir ki, konsert öncəsi Almaniyanın “Musiker Magazin” jurnalında dərc edilən ifaçı ilə müsahibədə onu “Səsi tanrının hədiyyəsi olan müğənni” kimi təqdim ediblər. Yazıda Seyranın alman həmkarı Anna Goldla layihəsi də vurğulanıb.
Qeyd edək ki, Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli “The Voice” (Səs) layihəsinin iştirakçısıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Güclü kişi qarşıma çıxsaydı, xoşbəxt olardım" - Mətanət
Bacısına sürpriz etdi
Tolik Zaur Kamalı tərbiyəsizlikdə ittiham etdi
"Qazandığımız 35 min hələ də bizə verilməyib"
Üzeyir Mehdizadə insanları necə ovsunlayır?! - Zövqsüz mahnıların KRALI
İlkinə “Şəmi-Şöşü” şoku: Statusuna gələn rəyə 6 minə yaxın “like”... - Foto
Aygün ağ libası ilə göz oxşadı - FOTOLAR

