Şeyma iflas edir
TV8 kanalının rəhbəri Acun Ilıcalın keçmiş həyat yoldaşı Şeyma Subaşı İstanbulun Bəbək səmtində yerləşən restoranını bağlaya bilər.
Türk mediası onun tezliklə iflas edəcəyini bildirir.
Buna zəmin yaradan isə sağlam qidanı təşviq edən restoranın aylıq kirayəsinin 60 min lirə olmasıdır. Belə ki, restoran açılan zaman Acun Ilıcalı tərəfindən bir illik kirayəsi əvvəlcədən ödənilmişdi. İndi isə müqavilənin müddəti başa çatdığına görə, kirayəni Şeyma ödəməlidir.

Onun isə A.Ilıcalıdan aldığı təzminat aylıq 125 min lirədir. İddia edilir ki, kafedə satışın vəziyyəti də ürəkaçan deyil. Buna görə də Ş.Subaşını “Restoranın kirayəsini necə ödəyəcəm” dərdi götürüb.
Qeyd edək ki, cütlüyün bir qızı var. Onlar ötən il boşanıb. Şeyma hazırda Cuido Senia adlı diceylə sevgilidir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır