Sevinc Əliyevanın filmdəki erotik səhnəsi müzakirə yaratdı - Video
Azərbaycanlı aktrisa Sevinc Əliyevanın çəkildiyi “Dalan” filminin treyleri yayımlanıb.
Minval.info xəbər verir ki, aktrisa ekran işində cəsarətli səhnələrə çəkilib.
Filmin treyleri sosial şəbəkədə müzakirə yaradıb. Aktrisa bu səhnə ilə bağlı bunları deyib:
“Balaca bir səhnə var… Demirəm ki, açıq-saçıq səhnədir, öpüşmə var və s., amma o bapbalaca səhnə o qədər stress yaşadıb, rejissor Elvin Rüstəmzadə ilə o qədər danışmışıq… İzah edib ki, ssenarinin kulminasiyası buradadır. Bu, olmalıdır ki, bunlar da olsun. Özümə bəraət qazandırıb çəkilmişəm. Kişi ilə qadının münasibətini göstərəcək səhnə çəkilib. Tərbiyəsizlik, dodaq-dodağa öpüşmə yoxdur, amma artıq o səhnə məni aylardır stressdə saxlayır.
Qınaqdan çəkinirik və o, artıq bizim içimizdə var. Biz belə doğulmuşuq. Biz qapıdan çıxanda fikirləşirik ki, qonşu məni belə görməsin. Mən dodaq-dodağa heç vaxt öpüşə bilmərəm. Bu, mənim üçün tabudur. Oraya kimi rolu apara bilərəm, sevgini oynaya bilərəm, amma iş işdən keçir məsələsini… Başa düşürəm ki, mənim üçün toxunuş problemli bir şeydir, edə bilmərəm. Eləyənlərə də halal olsun. O mənada halal olsun ki, özlərində o gücü tapırlar və onu edə bilirlər. Mənim zəifliyim, yəqin, buradadır”.
Qeyd edək ki, filmdə digər baş rolun ifaçısı aktyor Ziya Ağadır. Ekran işi apreldə təqdim olunacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!