"Sevilya"nın baş məşqçisi: “Qarabağ”la qarşılaşmada bizə çox çətin olacaq”
“Alaves” üzərində qələbə o demək deyil ki, komandamız hər cəhətdən yaxşıdır”.
APA-nın məlumatına görə, bunu İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi deyib.
Təcrübəli mütəxəssis La Liqanın IV turunun “Alaves”lə oyunundan sonra 1:0 hesablı qələbə qazanan komandasından tam razı qalmadığını açıqlayıb. O bildirib ki, Avropa Liqasının sentyabrın 19-da Bakıda “Qarabağ”a qarşı keçiriləcək matçınadək olan müddətdə çatışmazlıqlar aradan qaldırılmalıdır: “Hələ bir az da təkmilləşməliyik. Bakıdakı oyuna yollanmazdan öncə bəzi çatışmazlıqları da aradan qaldırmalıyıq. “Qarabağ”la qarşılaşmada bizə çox çətin olacaq. Biz həmin səfər üçün çox həyəcanlıyıq. Çünki Avropa Liqasının qrupundakı ilk matçımız olacaq”.
Qeyd edək ki, qrup mərhələsinin I turunun “Qarabağ” – “Sevilya” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı