Sevgilisinin evinin pəncərəsini süpürgə ilə sındırdı, polislərə hücum etdi, tarixin ən qısamüddətli cəzasını aldı
Böyük Britaniyanın gənc vətəndaşı dünyada ən qısamüddətli həbs cəzasına məhkum edilib.
AzərTAc xəbər verir ki, Şimali Somerset əyalətinin Portished şəhərinin 23 yaşlı sakini məhkəmə tərəfindən cəmi 50 dəqiqəlik həbs cəzası alıb.
Məhkəmədə təqsirini etiraf edən Şeyn Cenkins adında gənc etdiyi hərəkətdən peşman olduğunu bildirib. O, öz sevgilisinin evinin pəncərəsini süpürgə ilə sındırdıqdan sonra polis tərəfindən saxlanılıb. Bundan başqa, Cenkins onu yaxalamaq istəyən polislərə də hücum edib. Həmin vaxt onun alkoqol və narkotik maddələrin təsiri altında olduğu bildirilir. Müttəhim hakimin qarşısında peşman olduğunu bildirdikdən sonra iki məktub oxuyub və əməllərinə görə həm sevdiyi qızdan, həm də qanun keşikçilərindən üzr istəyib.
Hakim müttəhimin 50 dəqiqə həbs cəzası çəkməsi, habelə 80 saat islah işləri və reabilitasiya keçməsi barədə qərar çıxarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zığ şosesində motosiklet maneəyə çırpıldı, ölən var
Azərbaycanda həkim tənzifi xəstənin bağırsağında unudub
Azərbaycanda həkim xəstəni əlil etdi – Dəhşətli əməliyyat
Bakıda avtomobil 42 yaşlı qadını vurub
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Azərbaycanda “odlu manyak” evi və avtomobili yandırdı
Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-DAN ÇOX YARALI VAR
