"Sevdiyimizi itirməyəcəyik deyə bir hal yoxdur" - Pərvin Abıyeva
“Bu şəkildə çox gəncəm. Ancaq zirvəyə doğru baxan, həyatdan böyük ümidləri olan, günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız… Hər halda o vaxtlar desəydilər ki, sən bir neçə ilə aktrisa olacaqsan, ya da başına bu hadisələr gələcək, gülərdim”.
Bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yazıb. Sənətçi sevgilisi – keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən dünyasını dəyişdikdən sonra İnstaqram profilini bağlayıb, gündəmdən uzaqlaşmışdı.
Abıyeva uzun fasilədən sonra paylaşım edərək, bunları yazıb:
“Çox vaxt filmlər həyatdan götürülüb çəkilir, ya da filmə baxıb, eyni həyatdakı kimidir, deyirik. Amma həyat film deyil. Həyat çətindir, ağırdır. Həyatda “burada alınmadı, növbəti dubl” deyə bilmirik. Bir dəfə yaşayırsan və bitir, növbəti dəfə başına nə gələcəyini bilmirsən: gözəl, ya da pis bir hadisə. Bizdə filmlərdə görmək istədikləri qədərini göstərirlər, real həyatdan götürülən bir ssenari olsa belə orada hər şeyi olduğu kimi görə bilmirik.
Mən də beləyəm, sizlər mənim sizin görməyinizi istədiyim qədərini görür, tanıyırsınız. Nə yaşadığım, nə hislər keçirdiyimi, necə biri olduğumu mən bilirəm. Həyatımı müzakirə etməyi heç kimə icazə vermirəm, eləcə də heç kimin həyatını müzakirə etmirəm. Çünki mən də sizləri tanımıram. Həyatda başımıza hər şey gələ bilər, gələcək də. Hər birimiz hər zaman xoşbəxt olacağıq deyə bir hal yoxdur. Sevdiyimiz heç kimi itirməyəcəyik deyə, bir şey yoxdur. Önəmli olan insanlığı itirməyək”.
Qeyd edək ki, Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər.
Yeni il gecəsi başa çatdıqdan sonra gənc Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.
Baş verən bu dəhşətli hadisədən sonra Pərvin şəxsi İnstaqram hesabını bağlayıb.
Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!