Sevda Ələkbərzadə Türkiyədə konsert verəcək
Əməkdar artist Sevda Ələkbərzadə uzun fasilədən sonra ölkəxaricində geniş kütlə qarşısına çıxacaq. O, Türkiyənin caz musiqiçisi, saksafon ifaçısı Anıl Şallıellin dəvəti ilə 23 fevral tarixində İstanbulun məşhur konsert salonu “Grand Pera”da həmkarı ilə konsert verəcək. Məlumata görə, iki qardaş ölkənin məşhur musiqiçiləri bir müddət öncə birlikdə “Excited” adlı albom hazırlayıblar. Elə sözügedən konsertdə də bu albomdakı bütün musiqilər canlı şəkildə ifa olunacaq. “Düşünürəm ki, bu albom Türkiyənin nəinki ən maraqlı musiqi toplusudur. Hətta onların da dediyi kimi indiyə qədər bu cür Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirən bir albom olmayıb” – deyə Sevda Ələkbərzadə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi
