“Sevda evdə qalıb, Oksana isə təqaüdə getsin” – Lətifədən gözlənilməz açıqlamalar
“Evlilik təklifi aldım, yox dedim. Mənim üçün pul vacib deyil. Mən gözümü açan zaman o insanı görüb xoşbəxt olmalıyam. Bəlkə də kənardan baxanlar elə bilir ki, mənimlə görüşmək asandır. Əsla elə deyil, hər adamla bir masa arxasında oturmaram”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasının qonağı olarkən deyib.
Aparıcının “Oğluna müğənni qız alarsan” sualına isə ifaçı “Müğənni qız mənim kimi olsa, oğluma alaram” cavabını verib. O, Sevda Yahyayevanın evdə qaldığını və çox yaxşı insan olduğunu da bildirib.
İfaçı etiraf edib ki, müğənni Elşad Qarayevin səsi gələndə əsəbləşir.
Aparıcının “Hansı rəqqasəni təqaüdə göndərərsiniz” sualına isə “Oksananı çox istəyirəm. Yeni ana olub, övladına vaxt ayırsın” cavabını verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır