"Sevda bütün günü gəzir, bu qədər pulu hardan alır?"

“Oğluma toy edirəm pul yığmıram. Efirdə yazdıracağın pulu demə. Özünü biabır edirsən. Bu boyda oğlan 200 manat Sevda Yahyayevanın toyuna pul yazdırıb”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Həmin Zaur” verilişində deyib. O, aparıcı Zaur Kamalın müğənni Sevda Yahyayevanın toyuna 200 manat yazdırmasını ələ salıb.
Oğlu Loğmana edəcəyi toydan söz açan Qafarzadə “Gəlin iştirak edin. Məni bir ata olaraq göylərə qaldırın. Pul bir yana, səni 200 manata görə çağırmıram. Pul xərclənir gedir, insana qalan hörmətdir” sözlərini söyləyib.
Zaur isə ona “Abbas gəldi soruşdu ki, nə qədər pul yazdıracaqsan. Mən də dedim 300 manat, sonra 200 yazdırdım. Bu Sevda pulu hardan alır? Bütün günü Dubay, başqa yer gəzir” cavabını verib.
Zaurun Sevdanın xaricə çox səyahət etməsi haqda dediklərinə Sevinc Səfərova “Yaxşı həyat yoldaşı seçib. Ona görə” reaksiyasını verib.
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailə qurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!