Səudiyyə Ərəbistanında hava limanlarına hücumlar baş verib
Səudiyyə Ərəbistanının cənub bölgəsində yerləşən Nəcran və Cizan şəhərlərindəki hava limanları hücuma məruz qalıb. Hücumlar nəticəsində bəzi şəxslər xəsarət alıb və maddi ziyan qeydə alınıb.
Minval.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi bu barədə rəsmi məlumat yayıb. Verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında Cizandakı Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanına hücumlar təşkil edilib.
Hücumlar nəticəsində üç nəfər yüngül xəsarət alıb və hava limanlarına maddi ziyan dəyib. Hazırda Səudiyyə Ərəbistanı hakimiyyəti hücumların törətdiyi ümumi zərərin həcmini müəyyənləşdirmək üzərində çalışır.
Hücumların səbəbləri və kim tərəfindən təşkil edildiyi hələlik açıqlanmayıb. Əlavə məlumatlar gəldikcə vəziyyətin gedişi ilə bağlı yeniliklər təqdim ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neutrino tədqiqatı Nobel Fizika mükafatını qazandı
Ukrayna Moskvanı 650-dən çox İHA ilə vurdu: 2 ölü, 9 yaralı
Nobel Fizika Mükafatı astrofizik nötrinoların kəşfinə verildi
80 ildən sonra ABŞ-da bir ilk: Nidal Malik Hasanın edamı təsdiqləndi
Türkiyədə keçiriləcək COP31 iqlim sammitinin əsas mövzuları
Barselonada mənzil böhranına etirazlar nəzarətdən çıxdı