Sergey Fabriçni: “"BMT-nin Azərbaycanla bağlı hesabatındakı tədbirlər AŞPA-nın hesabatında öz əksini tapmayıb”
“BMT-nin hesabatında göstərilən Azərbaycanda insan hüquqları və demokratiya sahəsində görülən tədbirlər AŞPA-nın hesabatında öz əksini tapmayıb.
“Report”un Fransa bürosu xəbər verir ki, bunu Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sergey Fabriçni qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.
Rusiyalı deputat qətnamənin Azərbaycanda aparılan islahatların öz əksini tapdığı paraqrafının əhəmiyyətli olduğunu qeyd edib. “Qətnamənin 9-cu paraqrafında aydın olur ki, assambleya Azərbaycanda aparılan islahatları, habelə məhkəmə və hüquq sistemində, islah orqanlarındakı islahatları yüksək qiymətləndirir. Bura 2017-ci ildə verilmiş qərarlar, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanları daxildir. Biz Azərbaycanda əhəmiyyətli tədbirlərin həyata keçirildiyini görürük”.
Lakin S.Fabriçni qətnamədə Azərbaycanda insan hüquqları və azadlıqları, demokratiyanın inkişafı sahəsində həyata keçirilən islahatlara layiqli qiymətin verilmədiyini bildirib: “Fikrimcə, 2011-ci ildə qəbul edilmiş vətəndaşların hüquq və azadlıqlarının qorunması haqqında dövlət proqramına xüsusi fikir vermək lazımdır. 2014-cü ildə insan hüquqları üzrə milli işçi qrup yaradılıb. Bütün bu tədbirlər BMT-nin 2018-ci ilin sentyabr ayında keçirilən insan hüquqları üzrə 39-cu sessiyasında öz əksini tapıb. Mən bu məsələni yaxından araşdırmışam. BMT-nin insan hüquqları üzrə hesabatında göstərilir ki, əfvlə bağlı 9 sənəd imzalanıb. Ölkədə vəkillərin fəaliyyəti üçün müvafiq tədbirlərin görülməsi məqsədilə prezident 22 fevral 2018-ci ildə qərar verib”.
Rusiyalı deputat BMT-nin insan hüquqları üzrə sessiyasının gedişi zamanı Azərbaycanın demokratiya, insan hüquqları və azadlıqları sahəsində həyata keçirdiyi tədbirlərin yüksək qiymətləndirildiyini AŞPA üzvlərinin diqqətinə çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qazaxıstanda 200-dən çox etirazçı saxlanıldı
İstanbul-Nyu-York reysində turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb
Polşada şok: Anasının ölümündən 56 gün sonra dünyaya gəldi
Trampdan Türkiyəyə ağır təhdid: "İqtisadiyyatınızı çökdürəcəyik"
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
Putin və Zelenskinin son görüşü - Peskov detalları açıqladı
Ulduz futbolçunun 223 minlik maşını oğurlandı - FOTO