SEPAH-ın komandanı: “Suriya və İraqda 200 min nəfərlik ordu yaratmışıq”

İslam İnqilabı Keşiçkiləri Korpusu – SEPAH-ın komandanı Məhəmmədəli Cəfəri İranın Suriya və İraqda hər biri 100 min nəfərdən ibarət olan iki yeni ordu formalaşdırdığını iddia edib.
Teleqraf.com-un məlumatına görə, o qeyd edib ki, Suriyada formalaşdırılmış ordu Bəşər Əsədə bağlı qüvvələrlə birlikdə ölkə müxalifətini yox etmək üçün vuruşacaq.
M.Cəfərinin iddiasına görə, bu ordu ancaq yerli əhalidən təşkil olunub.
İraqda yaradılan yeni ordunun tərkibində isə iranlı hərbçilər də var və onların vəzifəsi öz hərbi təcrübələrini bölüşməkdir.
SEPAH komandanı daxili etirazlara səbəb olmaması üçün İranın Suriyada böyük miqdarda vəsait xərcləmədiyini iddia edib.
İsrail əleyhinə də fikirlər səsləndirən Məhəmmədəli Cəfəri “Hizbullah”ın siyasi qolunun Böyük Britaniya tərəfindən terrorçu qruplaşmalar siyahısına salınmasının SEPAH-ın qəzəbinə səbəb olduğunu bildirib.
Rəhbərlik etdiyi qurumun ölkənin daxili və xarici siyasətinə qarışmasını müdafiə edən M.Cəfəri deyib:
“Əgər kimlərsə xalqı yeni sazişin imzalanmasına doğru istiqamətləndirsələr və bu sazişin onların xeyrinə olduğunu desələr belə, SEPAH qətiyyətlə buna qarşı çıxacaq”.
M.Cəfəri bu sözləri ilə yenidən ABŞ-la və Avropa ölkələri ilə hər hansı mümkün nüvə razılaşmasını hədəfə alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbə qızın Putinlə görüşdə həyəcandan ürəyi getdi - Video
Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır
Kreml təsdiqlədi: Putin Köçəryanın arvadı ilə görüşüb
Rusiyada sensasion həbs – Kosmik agentlikdən NATO-nun casusu çıxdı
Dönərin içindən çıxan müştərini dəhşətə gətirdi- Polis işə qarışdı (FOTOLAR)