Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib.
“1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər. Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir”, – o bildirib.
Onun sözlərinə görə, çox tanınan bir atalar sözü var: “Dost yaman gündə tanınar. Ən yaman gün də daxil olmaqla hər zaman bir arada idik. Dünyada son günümüzə qədər də bir arada olmağa davam edəcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər