Seda Sayan reklam anlaşmaları ilə rekord qırdı!
Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan, bu dəfə qazancı ilə diqqət mərkəzinə düşüb. 63 yaşlı sənətçi, dörd fərqli marka ilə reklam anlaşması imzalayaraq, hər bir müqavilədən illik 50 milyon lirə qazanacaq. Bu isə ümumilikdə 200 milyon lirə, yəni 7 milyon manatdan çox gəlir deməkdir.
Minval.info xəbər verir ki, Seda Sayanın reklam layihələrindən biri artıq təqdim olunub. O, “ÜçDörtBeş All Star” adlı rəqəmsal təhsil platformasının reklamında çəkilib. Reklamda Sayan, YKS-yə hazırlaşan şagird obrazında çıxış edərək, Türkiyədə maraq doğurub.
Sayanın təhsil platforması ilə əməkdaşlığı ənənəvi reklam formatından fərqli olaraq, onun illərdir tanınan ifadələri və ekran obrazı üzərində qurulub. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, digər üç marka ilə bağlı reklamların da yaxın zamanda yayımlanması gözlənilir. Son dövrlərdə Sayanın televiziya layihələrindən çox rəqəmsal platformalara üstünlük verdiyi bildirilir.
Hazırda Seda Sayan “Bacıların Bacısı” adlı YouTube proqramı ilə də izləyicilərin marağını cəlb edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır