Seçmə mərhələ bitdi, Elxan Məmmədovun dövrü nə vaxt bitəcək? - VİDEO
Daha bir seçmə mərhələ başa çatdı. Azərbaycan millisi tarixində ən biabırçı nəticəni göstərərək seçmə mərhələni 1 xalla başa vurdu
İndiyədək belə zəif göstərici ilk dəfə qatıldığımız seçmə tsikldə – AVRO-96-da qeydə alınmışdı. O zaman milli komandanın yeni formalaşması, beynəlxalq oyun təcrübəsinin yoxluğu, ev oyunları Bakıda yox, Trabzonda keçirməyimiz kimi amillər 1 xala müəyyən bəraət qazandırırdı.
Amma indi… AFFA illik 24 milyonluq büdcəyə malik olmasına, dövlətdən hər cür dəstək almasına baxmayaraq normal milli komanda yarada bilmir. Nə aşağı yaş qrupları üzrə yığmalarda nəticə var, nə də əsas millidə.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan seçmə mərhələdə 1 xal toplamaqla Avropanın 55 ölkəsi arasında yalnız San-Marino və Cəbəllütariqi qabaqladı. Hətta Andorra, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar belə, AVRO-2020-nin seçmə mərhələsində bizim yığmadan çox xal topladı.
Sportinfo.az seçmə mərhələnin yekunlarından bəhs edən videosüjeti təqdim edir.
https://www.youtube.com/watch?v=KfWxF6qHH7U&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq